9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Basketbol

“Xırdalan”ın basketbolçusu: “Rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər”

“Düşünürəm ki, rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər. Amma bunun bizim üçün problemi yoxdur”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xırdalan”ın oyunçusu Cessi Gi “Sabah”ı 107:103 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının XII turunun oyunundan sonra deyib.
 
Avstraliyalı oyunqurucusu qələbəyə görə xoşbəxt olduğunu bildirib: “Bunun üçün çox çalışmışdıq. Əziyyətimiz boşa getmədi. Komandada hər kəs bu qələbədə pay sahibi oldu. Əsl kollektiv oyun sərgilədik. Rəqiblər tərəfindən qiymətləndirilməməyimiz bizi motivasiya edir. “Sabah” üzərində qələbə ilə də güclü kollektiv olduğumuzu sübut etdik”.
 
Matçın ən yaxşısı olan 28 yaşlı basketbolçu fərdi oyuna üstünlük vermədiyini söyləyib: “32 xal toplasam da, bunu komanda yoldaşlarımın dəstəyi ilə etmişəm. Komandam və məşqçim mənə güvəndikləri üçün bu performansı göstərə bildim. “Sabah” liqanın ilk pilləsində idi. Bu amil məni startdan etibarən daha aqressiv oynamağa motivasiya etdi”.
 
Qeyd edək ki, hazırda “Sabah” 22 xalla turnir cədvəlinə başçılıq edir, “Xırdalan” isə 19 xalla dördüncü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31