9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Basketbol

AVRO-2016: “Azərbaycanda bacardığımız qədər çox qalmalıyıq”

Bosniya və Herseqovinanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Sakib Malkoçeviç mayın 5-də Bakıda start götürəcək Avropa çempionatı haqda danışıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, o, komandasının yaxşı formada olduğunu qeyd edib:  “Futbolçularımız yaxşı formadadırlar. İlk dəfədir ki, yığmada belə ideal vəziyyət yaranıb. Avropa çempionatı öncəsi heç bir problemimiz yoxdur. Hazırkı məqamda bizi ilk oyun düşündürür. Komandamı qitə birinciliyində mübarizə aparacaq digər kollektivlərin heç birindən zəif saymıram.

Bosniya və Hersoqovina millisinin üzvü Stefan Kovaç da AVRO-2016 haqda fikirlərini açıqlayıb: “Azərbaycanda bacardığımız qədər çox qalmalıyıq. Mübarizəni sona kimi davam etdirmək istəyindəyik”.

Xatırladaq ki, “B” qrupunda yer alan Bosniya və Herseqovina millisinin rəqibləri Almaniya, Ukrayna və Avstriyadır.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31