4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

“Varta”nın baş məşqçisi Rahil Məmmədovu təriflədi

Polşanın “Varta” klubunun baş məşqçisi David Şulçzek ölkə çempionatının XXIV turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində rəqibin azərbaycanlı futbolçusu Rahil Məmmədovu tərifləyib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis Lodz təmsilçisinin heyətində bir neçə oyunçunu fərqləndirib.

O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb: “LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir. Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Varta” - LKS matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31