6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Lunyov martda Rusiya yığmasına dəvət alacaq?

"Qarabağ"ın qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə çağırıla bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "championat.com"a açıqlamasında deyib. O, 32 yaşlı qolkiperin "Qarabağ"da çox inamlı çıxış etdiyini bildirib:
 
“Bayer"də iki il ərzində Lunyov futbola və oyun praktikasına ac qaldı. "Qarabağ"dakı ilk oyundan bu günə kimi inanılmaz motivasiya göstərir. Bu müddət ərzində o, yüksək səviyyədə oynayıb, komandanın Avropa yarışlarında daha da irəliləməsində pay sahibi olub, çempionatda da “Qarabağ”ın çoxlu xal qazanmağa kömək edib. Noyabr ayında Andrey Kuba ilə oyundan əvvəl təlim-məşq toplanışı üçün siyahıda idi, lakin oyundan iki həftə əvvəl zədələndi. Andrey martdakı təlim-məşq toplanışı üçün milliyə çağırıla bilər”. 
 
Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoxlama oyunu keçirəcək.
 
Qeyd edək ki, Andrey Lunyov 2017-2018-ci illərdə Rusiya millisinə çağırılıb və 7 oyunda iştirak edib, 14 qol buraxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31