19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”

“Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 33-cü turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra deyib.

O, bəxtlərinin gətirmədiyini bildirib: “Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu, futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən. “Sabah” bəxt sayəsində qalib gəldi”.

Təcrübəli mütəxəssis ikinci hissədə ilk yarıdakı oyunu davam etdirə bilmədiklərinin səbəbini belə izah edib: “İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi”.

“Yeni mövsüm üçün hansı planlarınız var?” sualını E.Baxşıyev belə cəzalandırıb: “Gələn mövsüm barədə danışıq olmayıb. Çempionatı başa vurmaq lazımdır. Hər oyuna yüksək hədəf üçün çıxırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31