18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”

“Məyusam, hesab bizi qane edə bilməz. Azarkeşlərdən üzr istəyirəm. Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Monteneqrolu mütəxəssis bu yenilgidən dərs çıxarmalı olduqlarını bildirib: “Hər oyuna rəqibdən asılı olmayaraq qələbə üçün çıxırıq. Bu gün rəqibimiz "Qarabağ" idi. Onların "Sabah" və "Sumqayıt"la oyunlarına baxdıqdan sonra düşüncələrimiz var idi. Amma haqlısınız. Bu gün azarkeşlər tribunada idilər. Biz isə yox. Oyunu təhlil etdikdən sonra dərs çıxaracağıq”.

Bojoviç “Qarabağ”ın onlara qarşı fərqli oynadığını vurğulayıb: “Pressinq etməyə çalışırdıq. "Sabah" və "Sumqayıt"la oyunlarda rəqibin mərkəzdə boşluqlar verdiyini görmüşdük. Biz də düşündük ki, bundan istifadə edə biləcəyik. Amma erkən qol buraxdıq. Bundan sonra düşündüyümüzü etmək çox çətin idi. Amma bu gün fərqli "Qarabağ" meydanda idi. Eynən çempionatın əvvəlindəki “Qarabağ”ı gördük”.

O, “Neftçi”nin indiki durumunun imicinə zərbə olmadığını söyləyib: “Həmişə rekordlar və anti-rekordlar var. Bizim üçün 0:1 ilə 0:5 hesabının fərqi yoxdur. Biz məğlub olduq. Mənim nüfuzuma gəldikdə, məncə, mənfi nəsə olmayacaq. Tərcümeyi-halımda yazılacaq ki, "Neftçi"nin baş məşqçisi idim. Qarşıda bizi 3 tur gözləyir. Sonda nəticəyə baxacağıq”.

“Bildirdiz ki, "Qarabağ" "Sabah" və "Sumqayıt"a qarşı başqa cür oynamışdı. Bu gün fərqli oynamaqlarının səbəbi rəqibin "Neftçi" olması idi, ya başqa bir səbəb var?” sualını Bojoviç belə cavablandırıb: “Qarabağ” "Sumqayıt"a qarşı yaxşı oynayırdı. Hakim amili də var idi. 90+5-ci dəqiqədə"Qarabağ"ın penaltisi verilmədi. Bundan əlavə"Qarabağ" həmin matçda bizə qarşı olduğu kimi müdafiə olunmurdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31