5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Mahirin komandası ÇL-lə vidalaşdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olub. Mahir Emrelinin sona qədər ehtiyatda qaldığı görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Zaqreb təmsilçisi 90 dəqiqə ərzində 2 top fərqi ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. AEK 90+2 və 90+11-ci dəqiqədə vurduğu qollarla növbəti mərhələyə yüksəlib.

AEK pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. "Dinamo" isə Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) rəqib olub.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də - ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda  AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31