6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Ançelotti: “Onun “Real”da qalacağına ümid edirəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda müqaviləsi başa çatacaq Marko Asensionun klubda qalacağına ümid edir.

Futbolxeber.az saytının məlumatına görə, mətbuat konfransında italiyalı mütəxəssis bu barədə sualı belə cavablandırıb:

“Markonun oyunu çox xoşuma gəlir. Təbii ki, digər klublar da onun çıxışını bəyənirlər. Amma mən Asensionun başqa klubda forma geyməsini istəməzdim. Bu səbəbdən də onun “Real”da qalacağına ümid edirəm. İnanıram ki, tezliklə klubla futbolçu arasında aparılan danışıqlar müsbət yekunlaşacaq”.

Qeyd edək ki, “Real”la sözləşməsi bu yay başa çatacaq 27 yaşlı futbolçu cari mövsüm bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı 40 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31