6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

“Arsenal”dan ayrılacağını açıqladı

azırda icarə əsasında “Sautgempton”da forma geyən Eynli Meytlend-Nayls mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Arsenal”dan ayrılacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ingilis yarımmüdafiəçi özü açıqlama verib.

25 yaşlı futbolçu bildirib ki, karyerasını “Sautgempton”da davam etdirməyə hazırdı: “Bu, böyük səyahət idi. Amma artıq sona yaxınlaşır. “Arsenal”dan ayrılmaq, yeni ev tapmaq və yeni həyata başlamaq zamanıdı. Lakin indi bu barədə düşünmürəm. Hazırda bütün diqqətimi mövsümün sonuna yönəltmişəm. Komandamın qələbəsi üçün əlimdən gələni edəcəm. “Sautgempton” isə istəsə, karyeramı burada davam etdirə bilərəm”.

Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Meytlend-Nayls London klubunun heyətində meydana çıxdığı 132 oyunda 3 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31