6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

“Mançester Yunayted”in 29 illik həsrəti bitdi

İngiltərə kubokunun yarımfinalında “Mançester Yunayted” “Brayton”u mübarizədən kənarlaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, penaltilər seriyasında 7:6 hesablı qələbə qazanan “Qırmızı şeytanlar” finala adlayıb.

Daha əvvəl isə Erik ten Haqın komandası “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edərək Liqa Kubokunda da final vəsiqə əldə edib.

Bununla da, “Mançester Yunayted” tarixində üçüncü dəfə bir mövsümdə hər iki kubokun finalına vəsiqə qazanıb.

Mançester təmsilçisi 1993/94 və 1982/83 mövsümlərində də eyni uğura imza atıb. Lakin əvvəlki 2 halda “Mançester Yunayted” bir mövsümdə hər iki kuboku qazanmağa müvəffəq olmayıb.

Qeyd edək ki, İngiltərə kubokunun finalında “Mançester Yunayted” iyunun 3-də “Mançester Siti” ilə üz-üzə gələcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31