6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

Xavi: “Ter Ştegen dünyanın ən yaxşı 3 qapıçısından biridi”

“Barselona”nın baş məşqçisi Xavi Hernandes komandasının qapıçısı Mark-Andre ter Ştegen barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, alman qolkiperin öz mövqeyində dünyanın ən yaxşılarından biri olduğunu vurğulayıb:

“Ter Ştegen dünyanın ən yaxşı 3 qapıçısından biridi. Onun komandamıza faydası çox böyükdü. Qazandığımız uğurlarda Markın böyük payı var”.

Qeyd edək ki, dünən “Barselona” Avropanın aparıcı 7 çempionatında 30 tur ərzində 10-dan az qol buraxan ilk komanda kimi tarixə düşüb.

Ter Ştegen isə qapısını toxunulmaz saxladığı oyunların sayına görə liderdi. Cari mövsüm o, 23 matçda qapısında qol görməyib. Onun ən yaxın izləyicisi Yan Oblakdı. “Atletiko”nun qapıçısının hesabında 11 “quru” görüş var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31