2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Mourinyo: “Nəticə ədalətli olmadı”

“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasının 32-ci turunda “Milan”la oyunu (1:1) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis heç-heçəni ədalətli hesab etməyib:

“Bu cür çətinliklər qarşısında yalnız biz “Milan”a qarşı bu cür oynaya bilərdik. Heyətimiz geniş deyil. Hər itki bizim üçün ciddi problemdi. Bu gün isə bir neçə futbolçumuzu itirdik. “Milan”a qarşı apardığımız mübarizə heyrətamiz idi. Bu, təkcə 3 xal üçün yox, həm də dördüncü yer uğrunda mübarizə idi. Təbii ki, nəticəyə görə məyusam. 3 xal cibimizdə idi. Nəticənin ədalətli olduğunu düşünmürəm. Buna baxmayaraq, məyusluqdan daha çox komandamla fəxr edirəm”.

Qeyd edək ki, bugünkü heç-heçədən sonra hər iki komanda xallarının sayını 57-yə çatdırıb. “Milan” hazırda dördüncü, “Roma” isə beşinci pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31