6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Mourinyo məğlubiyyəti şərh etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 31-ci turunda “Atalata”dan alınan 1:3 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, komandasının ikinci hissədə yaxşı oynadığını bildirib:

“Heyətdəki itkiləri nəzərə alsaq, yaxşı oynadığımızı düşünürəm. İlk hissədə vəziyyətə nəzarət edirdik. Düzdür, qol epizodları yaratmaqda çətinlik çəksək də, topu özümüzdə saxlayırdıq. İlk qolu heç nədən qapımızda gördük. Top itkisindən sonra biz dayanıb rəqibin qapımıza doğru irəliləməsini izləyirdik. İkinci hissədə daha yaxşı oynadıq. 1:2-dən sonra vəziyyəti dəyişəcəyimizi düşünürdük. Amma təəssüf ki, alınmadı”.

Qeyd edək ki, əvvəlki kimi 56 xalda qalan “Roma” 5-ci pillədə qərarlaşıb. “Atalanta” isə 52 xalla 7-ci pilləyə yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31