4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

Avstriya millisinin baş məşqçisi: “Yalnız ilk 20 dəqiqə çətin keçdi”

“Biz oyunun boyük hissəsində, demək olar ki, etməli olduqlarımızı etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik deyib. Onun komandası dünən Avro-2024-ün seçmə mərhələsinin ilk matçında Azərbaycan komandasına 4:1 hesabı ilə qalib gəlib.

Nəticədən və futbolçularından razı qalan alman mütəxəssis bildirib ki, matçın sonunadək rəqibi təzyiq altında saxlayıblar: “Yalnız ilk 20 dəqiqə çətin keçdi. O vaxta qədər biz mübarizəni uda, oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Meydandakı yerdəyişmələrdən sonra isə topa daha çox sahib olduq və düşündüyümüz oyunu sərgilədik. Bu, həlledici amil idi”.

Baş məşqçi fərdi qaydada heç bir oyunçusunu fərqləndirmək istəmədiyini də söyləyib. O, iki qol vuran və bir qolun ötürməsini edən Marsel Zabitser barədə isə deyib: “Əlbəttə, əgər əgər oyunçu iki qol vurursa və bir qolun da ötürməsini edirsə, deməli, o, başqalarından daha yaxşı olub”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31