5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

"Konyaspor" Mahiri təqdim etdi

"Konyaspor" Zaqreb "Dinamo"sundan icarəyə götürdüyü milli komandamızın hücumçusu Mahir Emrelini rəsmən təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klub sosial şəbəkə səhifəsində paylaşım edib.

Məlumatda bildirilir: “Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo” Zaqrebə məxsus olan istedadlı hücumçu ilə yarımmövsümlük müqavilə imzaladı. Emreli komandamızda 19 nömrəli forma geyinəcək”.

Millimizin üzvü ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə əsgər salamı verib.

Qeyd edək ki, "Konyaspor" M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31