6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Rusiyalı hücumçu Trampa səs verməsinin səbəbini açıqladı

“İSTƏMİRƏM Kİ, PƏNCƏRƏMİN ÖNÜNDƏ GEY-PARAD” KEÇİRİLSİN”

“Nyu-York Kosmos”un keçmiş hücumçusu Yevgeni Starikov Rusiya mətbuatına müsahibəsində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Futbolxeber.az saytının Sports.ru-ya istinadən verdiyi məlumata görə, əslən rusiyalı olan, Amerika vətəndaşlığı daşıyan sabiq forvard prezident seçkilərində kimə səs verməsi haqda sual ünvanlayıb:  

“Həm 2016-cı ildə, həm də 2020-ci ildə keçirilən seçkilərdə Donald Trampa səs vermişəm. Yaşadığım Florida Respublikaçıların ştatı hesab olunur. Demokratların yox, məhz onların siyasəti mənə daha yaxındır. Mən ailəmə bağlı insanam, istəmirəm ki, pəncərəmin önündə gey-parad keçirilsin. Yaxud da övladıma məktəbdə ana-ata yox, valideyn-1, valideyn-2 kəlmələrini öyrətsinlər”.

O, ABŞ-da seçkilərin nəticələrinin öncədən məlum olduğunu söyləyib: “Son seçkidə Bayden qalib gəldikdən sonra, araşdırma aparıldı. Sistem də avtomatik olaraq bəzi şəxslərin səslərini Baydenin xeyrinə saydı. Məncə, seçkilərin nəticəsi əvvəldən məlum olur”.

Qeyd edək ki, Yevgeni Starikov 1988-ci ildə Odessada dünyaya gəlsə də, onun valideynləri rusdur. Gələcək hücumçunun 1 yaşı olarkən o, ailəsi ilə birgə Floridaya köçüb. Hazırda Mayamidə yaşayan Starikov ABŞ pasportuna malikdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31