6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

“Napoli”nin prezidenti: “Osimhen satılmır!”

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın aparıcı hücumçusu Viktor Osimhenin yayda komandanı tərk edə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının “Bild”ə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, 24 yaşlı forvard klubu tərk etməyəcək:

“Osimhen satılmır! Bəli, bizim futbolçularımıza böyük maraq var. Lakin mən kimisə satmaq məcburiyyətində deyiləm. Klubun hər hansı bir borcu yoxdur. Maddi baxımdan sıxıntı yaşamırıq. Ona görə də aparıcı futbolçularımızın hamısını heyətdə saxlamağı planlaşdırırıq”.

Daha əvvəl nigeriyalı forvardın “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin maraq dairəsində olduğu deyilirdi.

Qeyd edək ki, Osimhen cari mövsüm bütün turnirlər nəzərə alınmaqla “Napoli”nin heyətində meydana çıxdığı 21 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. İtaliya “A” seriyasında 16 qol vuran afrikalı forvard çempionatın ən yaxşı bombardiridir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31