6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Pula görə “Real”la Asensio arasında fikir ayrılığı

“Real” rəhbərliyi ilə komandanın üzvü Marko Asensio arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar yarımçıq qalıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, maliyyə məsələsində tərəflər arasında fikir ayrılığı yaranıb.

Asensionun madridlilərlə hazırkı müqaviləsi bu ilin iyununda başa çatır. Ötən ilin dekabrında “Real” sözləşmənin yenilənməsi üçün futbolçuya ilk təklifini irəli sürüb. Həmin vaxt müqavilənin 4 illiyinə uzadılması barədə razılıq əldə olunub. Lakin maddi məsələdə ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Asensionun hazırkı illik məvacibi 4,5 illik milyon avro təşkil edir. Klub yeni müqavilədə illik məvacibi 4,8 milyon avroya yüksəltsə də, futbolçunun meneceri illik 6 milyon avro tələb edib. Asensio isə bildirib ki, illik 5,5 milyon avrodan aşağı məvacibə razılaşmayacaq. “Real” isə futbolçuya maksimum ildə 5 milyon avro ödəməyə hazırdı. Çünki Asensio son zamanlar əsas heyətdə çox az meydana çıxır. Cari mövsüm bütün turnirlər nəzərə alınmaqla, Asensio 26 görüşdə forma geyib, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31