6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Vlahoviç: “115 gündən sonra qol vurduğum üçün sevinirəm”

Vurduğu 2 qol və 1 məhsuldar ötürmə ilə “Salernitana” ilə oyunun (3:0) qəhrəmanı olan “Yuventus”un hücumçusu Duşan Vlahoviç görüşü şərh edib.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, serb hücumçu penalti zərbəsini yerinə yetirmək üçün ona şərait yaradan komanda yoldaşı Anxel Di Mariyaya təşəkkürünü bildirib:

“Son 3 turda ölkə çempionatında qələbə qazana bilməmişdik. Ona görə də bu qarşılaşma bizim üçün çox vacib idi. Qələbəyə görə məşqçimizə, komanda yoldaşlarıma təşəkkür edirəm. Yolumuza bu cür də davam etməliyik. Hücumçu üçün qol vurmaq çox vacibdir. Forvardlar məhz bunun üçün yaşayırlar. Penaltini yerinə yetirməyimə icazə verən Di Mariyaya minnətdaram. Bu, mənə çox kömək oldu. Zədədən sonra “A” seriyasında ikinci dəfə meydana çıxdım və 115 gündən sonra qol vurdum. Tam formamı bərpa etmək üçün daha bir neçə görüşdə forma geyməliyəm. Hazırda özümü yaxşı hiss edirəm və əminəm ki, tezliklə 100 faiz formada olacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31