6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

17 yaşlı hücumçu “Barselona”nın hədəfində

“Barselona”nın növbəti transfer hədəfi məlum olub.

Futbolxeber.az saytının “Diario Sport”a istinadən verdiyi məlumata görə, Kataloniya klubu braziliyalı hücumçu Vitor Roke ilə maraqlanır.

“Barselona” rəsmiləri artıq 17 yaşlı forvardın klubu “Atletiko Paranaense” ilə danışıqlara başlayıblar. “Barsa” gənc istedadı yeni Luis Suares qismində görür.

Kataloniya kubunda prezidentin müşaviri postunu tutan Deku ilə “Atletiko Paranaense”nin texniki koordinatoru Luis Felipe Skolarinin 20 ildən çoxdur tanış olmaları bu keçidin xeyrinə olan amildir. Lakin “Barselona” Rokeni heyətində görmək istəyən yeganə klub deyil. İngiltərənin aparıcı kollektivləri də gənc istedadla yaxından maraqlanırlar.

2022-ci ildə “Atletiko Paranaense”nin heyətində bütün turnirlər nəzərə alınmaqla 36 oyun keçirən gənc istedad bu matçlarda 7 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31