6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

Ten Haq: “Mançester Yunayted” səfərdə də qələbə qazanmağa qadirdi”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının öz meydanında uğurlu çıxış etməsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, holland mütəxəssis bildirib ki, “Qırmızı şeytanlar” səfər matçlarında da qalib gəlməyə qadirdi:

“Mövsümün əvvəlində məqsədlərimizdən biri də məhz bu idi. “Mançester Yunayted”in qayıdışı üçün doğma meydanda inamlı təsir bağışlamağımız vacib şərtdir. Lakin biz təkcə evdə deyil, rəqib meydanında da qalib gəlmək gücündəyik. Səfər meydanındakı göstəricilərimiz heç də pis deyil. Bununla belə, gələcəkdə daha inamlı təsir bağışlamalıyıq. Futbolçular özlərinə daha çox güvənməlidirlər. Unutmamalıdırlar ki, səfərdə də azarkeşlərimiz arxamızdadırlar. Həm də harda oynamağın fərqi nədir? Meydanın ölçüsü də eynidir, futbolçu sayı da”.

Qeyd edək ki, “Mançester Yunayted” artıq 13 oyundur “Old Trafford”da qələbə qazanır. Komanda son dəfə  öz meydanında oktaybrın 16-da “Nyukasl”la görüşdə xal itirib (0:0).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31