4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

"Azərbaycan millisini kifayət qədər yaxşı təhlil etmişik"

Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan və Rumıniya yığma komandaları ilə keçirəcəkləri yoxlama matçları barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 50 yaşlı mtəxəssis yerli federasiyanın saytına açıqlamasında millimizi yaxşı təhlil etdiklərini vurğulayıb:

"Əvvəlcə Azərbaycana qarşı oynayacağıq. Bilirik ki, onların futbolçularının çoxu hazırda avrokuboklarda uğurla çıxış edən “Qarabağ”da oynayır. Üstəlik, Azərbaycan millisinin legionerlərini də tanıyırıq. "İnStat"dakı tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibin təhlilini kifayət qədər yaxşı apardıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatları futbolçulara çatdırmaqdır".

Çalışdırıcı bunu da qeyd edib ki, millinin "Boluspor"da oynayan üzvü Vyaçeslav Posmak yığmaya qatıla bilməyəcək: "Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə milliyə qoşula bilməyəcək. Digər futbolçular isə öz yerlərində olacaqlar".

Kleşenko azarkeşləri Azərbaycan və Rumıniya ilə görüşlərdə komandaya dəstək olmağa çağırıb: "Bütün qəlbimlə öz adımdan, futbolçular, məşqçilər korpusu, eləcə də federasiya adından azarkeşlərdən xahiş edirəm ki, bu 2 oyunda stadion gəlsinlər. Hamınız gördünüz ki, biz müsbət emosiyalar yarada bilərik. Sizi azarkeşlər üçün oynayacağımıza əmin edə bilərəm. Gəlin, baxın, sevinin və bizim üçün həyəcanlanın".

Qeyd edək ki, noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Moldova bundan 4 gün sonra Rumıniya lə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31