6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

“Aris”inin baş məşqçisi: “Neftçi” bizimlə eyni vəziyyətdədir”

“Neftçi” bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibəsində deyib.

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Kiprdə, cavab matçı isə ayın 28-i Bakıda olacaq.

34 yaşlı belaruslu mütəxəssis bildirib ki, bu mərhələnin oyunlarına 100 faiz hazır olmaq çətin olur: “Amma motivasiya var. Əgər matça tam hazır olmasaq belə, axıradək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq”. 

Baş məşqçi bildirb ki, “Neftçi” ilə görüşlərə qədər daha 2-3 oyunçu almaq niyyətindədirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31