6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

Mahir fərqləndi, "Dinamo" qalib gəldi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxıb. 

Futbolxeber.az saytının məlumatına görə, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb. Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O,  46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.  Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31