6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Prosineçki debütunu qələbə ilə qeyd etdi

Sloveniyanın "Olimpiya" klubuna qayıdan Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Lyublyana təmsilçisində qələbə ilə debüt edib. 

Futbolxeber.az saytının məlumatına görə, onun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın II Divizion klubu "Rudeş"ə qalib gəlib - 2:0. 

Prosineçki hər şeyin çox tez baş verdiyini bildirib: "Biz iki-üç günə razılıq əldə etdik. Sloveniyanın ən böyük klubunun yenidən zirvədə olması üçün hər şeyi edəcəyik. Komandanı xüsusən mənəvi cəhətdən qaldırmaq lazımdır. Bundan ötrü çoxillik köməkçilərim Qordan Tsipriç, Draqan Spasiç və qapıçılarla iş üzrə məşqçi Boban Baykoviçlə birlikdə çalışacağıq. 1,5 illik fasilədən sonra iş arzusu ilə alışıb-yanıram". 

Sloveniya çempionatının sonuna 8 tur qalmış "Olimpiya" 3-cü yerdə gedir və lider "Maribor"dan 7 xal geri qalır. 

Qeyd edək ki, Robert Prosineçki futbolçu kimi 2002/2003 mövsümündə "Olimpiya"nın formasını geyib və iki oyundan ibarət final mərhələsində vurduğu səfər qolu ilə (1:1, 2:2) komandaya Sloveniya Kubokunu qazandırıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31