6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

Nazarov Almaniya klubundan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubundan ayrıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.

II Bundesliqada çıxış edən komanda 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir. Bunu nəzərə alan klub rəhbərliyi heyətlə bağlı dəyişikliklərə hazırlaşır.

Leonhardtın sözlərinə görə, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qalır: "Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir".

Qeyd edək ki, Dmitri Nazarov 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31