4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

HİK-in üzvü: "Bakıdakı oyunda üstün tərəf biz idik"

Finlandiyanın HİK klubunun futbolçusu Miro Tenho Avropa Liqasının 3-cü mərhələsinin “Neftçi” ilə keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi açıqlamasında “Neftçi”nin hücum xəttini xüsusi vurğulayıb:

“Neftçi”nin yaxşı futbolçuları var. Hücumda çox effektivdirlər. Onlara boşluqlar versək, asanlıqla qol vura bilərlər. Bakıdakı oyunda demək olar ki, üstün tərəf biz idik. Öz oyunumuzla onların müdafiəçilərinə çətinlik yaratdıq. Azarkeşlərimiz bizi daha da cəsarətləndirir və rəqiblərimizi gərginləşdirir. Ümid edirəm ki, “Neftçi” ilə oyuna mümkün qədər çox azarkeş gələcək və birlikdə həmişə də xatırlanacaq nəticə qazanacağıq”.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək HİK - “Neftçi” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31