5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Sabiq “Bakı”lı: “Atletiko”nun azərbaycanlı sponsoru ilə razılığa gəldim”

"Azərbaycan karyeram mənim üçün bir təcrübə idi. “Bakı”da "Atletiko"nun B komandasında məşqçim olmuş Milinko Pantiçin rəhbərliyi altında oynayırdım. "Atletiko"nun azərbaycanlı sponsoru ilə razılığa gəldim.  Pantiç çox israr etdikdən sonra məni inandırdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bakı"nın sabiq futbolçusu Alberto Noquera İspaniyanın "Eldiario" nəşrinə müsahibəsində deyib.

Hazırda İspaniyanın "Rasinq” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi ölkəmizdə oynamağın çətin olduğunu bildirib: "Azərbaycana getməklə bağlı qərar verərkən uğur qazanıb-qazanmayacağımı deyə bilməzdim. Oranın futbolu İspaniyadan tamamilə fərqlənir. Mənə asan deyildi. Ölkədə müsəlman mədəniyyəti var. Demək olar ki, hər şey fərqlidir. Buna görə də mənim üçün uyğunlaşmaq çətin idi”.

Qeyd edək ki, ispaniyalı futbolçu "Bakı"da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə "Atletiko"da oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31