5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

Ibrahim Şehiç "Trabzonspor"da?

Onur Kıvrakı əsas heyətdən uzaqlaşdıran "Trabzonspor" qapını gənc qolkiper Uğurcan Çakıra əmanət etdi.
 
Trabzon klubu çərçivəni təcrübəli qapıçıya həvalə etmək üçün axtarışlara başlayıb. Futbolxeber.az saytının məlumatına görə, "bordo-mavilər" Super Liqanın debütantı "Ərzurumspor"un qolkiperi İbrahim Şehiçlə maraqlanır.
 
30 yaşlı qapıçı Ərzurum təmsilçisində maliyyə problemləriylə üzləşdiyi üçün "Trabzonspor"a transfer olmağa müsbət yanaşır.
 
Lakin "Ərzurumspor" şehiçi asan şəkildə əldən buraxmaq fikrində deyil. Debütant Bosniya və Herseqovina yığmasının üzvü üçün 2 milyon avro tələb edir.  Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, "Ərzurumspor"a keçmişdi. Mövsümün gedişində qolkiperin adı "Qalatasaray"la da hallanırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31