4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

"Samir artıq çəkisindən xilas olmaq üçün çalışır"

"Vest Hem"in baş məşqçisi Manuel Pelleqrini komandayla birgə məşqlərə çıxan Samir Nəsrinin gələcəyiylə bağlı danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, çilili mütəxəssis fransız futbolçuyla bağlı son qərarı növbəti həftə verəcəklərini deyib:
 
"Nəsriylə bağlı növbəti həftə qərar verəcəyik. Artıq çəkisindən xilas olmaq üçün çox çalışır”.
 
Orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Nəsrinin cəzası dekabr ayında başa çatıb.
 
Premyer Liqada daha öncə “Arsenal” və “Mançester Siti”də oynayan Nəsri, “şəhərlilər”lə 2 dəfə ölkə çempionluğunu qazanıb. Nəsri “Mançester Siti”də Pelleqrininin rəhbərliyi altında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31