6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

“İtaliya millisinin baş məşqçisi olmaq inanılmaz hissdir”

Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis yığmanı çalışdırması ilə fəxr etdiyini bildirib:

“Bu, emosional andır. Çünki İtaliya millisinin baş məşqçisi olmaq inanılmaz hissdir. bu Futbol Federasiyasının rəhbərliyinə minnətdaram. Onlar elə etdilər ki, mən bu vəzifəyə 100 faiz lazım olduğumu hiss etdim.

Özümlə fəxr edirəm. Həyatımda baş verə biləcək ən gözəl anlardan biridir. İlk dəfə İtaliya millisinin düşərgəsinə 1978-ci ildə dəvət almışdım. Həmin vaxt U-14-ün düşərgəsinə qoşulmuşdum. İndi isə İtaliya yığmasının baş məşqçisiyəm.

Uzun illər klublarda çalışmışam. İndi millidə işləmək üçün uyğun zamandır. Hər birimiz yığmaya faydalı olmaq üçün əlimizdən gələni etməliyik. İtaliyanı zirvəyə qaytarmaq istəyirəm. Ürəkdən çalışmaqla buna nail olmağımız mümkündür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31