6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

DÇ-2018: İsveç millisinin heyəti açıqlandı

Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısının heyəti məlum olub.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İsveç millisi mundiala aşağıdakı heyətlə yollanacaq:

Qapıçılar: Karl-Yuhan Yunsson (“Genqam”), Kristoffer Nordfeldt (“Suonsi”), Robin Olsen (“Kopenhagen”);

Müdafiəçilər: Lyudviq Auqustinsson (“Verder”), Andreas Qrankvist (“Krasnodar”), Filip Helander, Emil Kraft (hər ikisi “Bolonya”), Pontus Yansson (“Lids”), Mikael Lyustiq (“Seltik”), Viktor Lindelef (“Mançester Yunayted”), Martin Olsson (“Suonsi”);

Yarımmüdafiəçilər: Viktor Klasson (“Krasnodar”), Cimmi Durmaz (“Tuluza”), Albin Ekdal (“Hamburq”), Emil Forsberq (“Leyptsiq”), Oskar Hilemark (“Cenoa”), Sebastyan Larsson (“Hall Siti”), Markus Roden (“Krotone”), Qustav Svensson (“Sietl”);

Hücumçular: Markus Berq (“Əl-Əyn”), Yon Qvidetti (“Alaves”), İsaak Telin (“Vasland-Beveren”), Ola Toyvonen (“Tuluza”).

Qeyd edək ki, İsveç millisi DÇ-2018-də Cənubi Koreya, Almaniya və Meksika ilə mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31