6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Misir millisinin həkimi: "Salah öküz kimi sağlamdır"

"Salah Konqo ilə matçın 90+5-ci dəqiqəsində penaltini qola çevirməklə təkcə millini dünya çempionatına aparmadı. O, sanki bütün misirliləri əsirlikdən xilas etdi".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "sport24.ru" saytına açıqlamasında Misir millisinin həkimi Məhəmməd Əli deyib. Yığmanın aparıcı üzvü Məhəmməd Salahla bağlı fikirlərini açıqlayan M. Əli onun çox sağlam futbolçu olduğunu bildirib:
 
"Bizim üçün futbol dindir. Dünya çempionatına çıxmasaydıq, sanki bizi türməyə salardılar. Salahın sirri nədədir? O, öküz kimi sağlamdır. Həm də çox sadə oğlandır, həmişə məsləhətlərə qulaq asır. Həkimlərin bütün təlimatlarına əməl edir. Özünü super ulduz kimi yox, sadə insan kimi aparır. Nə gizlədim, çempionat vaxtı bütün Misir ona dua edəcək".
 
Qeyd edək ki, Misir millisi DÇ-2018-də ev sahibi Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla A qrupunda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31