4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

"Bavariya"da yeni baş məşqçi

Almaniyanın "Bavariya" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yupp Haynkeslə 2018-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
 
72 yaşlı mütəxəssis səlahiyyətlərinin icrasına oktyabrın 9-da başlayacaq. O, Münhen klubuna dost xidməti göstərəcəyini bildirib: "Mən bunu yalnız "Bavariya"ya borclu olduğum üçün edirəm. İşə əla hisslərlə başlayacağam".
 
Qeyd edək ki, Yupp Haynkes məşqçilik karyerasını 2013-cü ildə bu komanda ilə Çempionlar Liqası, Bundesliqa və Almaniya Kubokunu qazandıqdan sonra başa vurub. "Bavariya"nın əvvəlki baş məşqçisi Karlo Ançelotti isə sentyabrın 28-də Çempionlar Liqasının II tur matçında Fransa PSJ-sinə 0:3 hesablı məğlubiyyətin ardından istefaya göndərilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31