5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Joze Mourinyo məhkəməyə verildi

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo məhkəməyə verilib.
 
Futbolxeber.az xəbər verir ki, təcrübəli mütəxəssisin vergidən yayındığı iddia edilir.
 
Bir dönəm “Real”ın (Madrid) baş məşqçisi olan Joze Mourinyonun 2011 və 2012-ci illərdə əldə etdiyi gəlirlə bağlı heç bir açıqlama vermədiyi və İspaniya dövlətinə 3.5 milyon avro borcu olduğu qeyd edilir.
 
54 yaşlı çalışdırıcının təmsilçisi bu iddiaları qəbul etməyib və portuqaliyalı baş məşqçinin İspaniyada olduğu dönəmdə gəlirinin 41 faizinə bərabər olan 23 milyon avronu dövlətə vergi kimi ödədiyini bildirib. Həmçinin, Mourinyonun 2013-cü ildə vergi müqaviləsini imzaladığı da vurğulanıb.
 
Qeyd edək ki, Joze Mourinyo Premyer Liqada noyabrın 5-də “Çelsi”yə qarşı keçirləcək matçdan 2 gün qabaq Madriddə vergi qaçaqçırdığına görə məhkəmə qarşısına çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31