5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

"Prosineçki gələndən sonra vəziyyət dəyişdi" - Rüfət Dadaşov

“Het-trik etməyim əla oldu. Ancaq məni daha çox nəticə, komandamın qələbəsi maraqlandırır".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında deyib.
 
Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda “Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurub.
 
Bununla bağlı fikirlərini bildirən 26 yaşlı futbolçu millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb: “Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O,  3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.
 
Almaniya mətbuatı Rüfət Dadaşovun het-trik etməklə özünü Robert Prosineçkiyə ən yaxşı şəkildə sübut etdiyini yazıb.
 
Qeyd edək ki, 2013-2014-cü illərdə millimizdə çıxış etmiş Rüfət Dadaşov 16 oyunda 4 qol vurub.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31