6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Xarici futbol

“Milan”a 1,2 milyard avro xərcləmişəm”

“Milan”ın prezidenti Silvio Berluskoni “La Gazzetta dello Sport”a müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, İtaliyanın sabiq baş naziri 30 il ərzində sahibi olduğu kluba 1,2 milyon avro xərclədiyini bildirib: “Hazırda futbolda böyük pullar dövr edir. Amma geridə qalan illər ərzində biz də yaxşı komanda qura bildiyimizi sübut etmişik. Təbii ki, bunun üçün böyük vəsait ödəmişik. 30 il ərzində “Milan”a 1,2 milyard avro xərcləmişəm. Gələcəkdə də komandanın adından söz etdirməsini istəyirəm. Bunun üçün əcnəbi biznesmenlərlə danışıqlar aparırıq. Daha güclü olmaq üçün əlavə maliyyə vəsaitinə ehtiyac duyuruq”.

“3 ildə 3 məşqçi dəyişmisiz - Zeedorf, İnzagi və Mihayloviç. Çox deyil” sualını “Milan”ın sahibi belə cavablandırıb: “Bunun əvəzində 3 il ərzində “Milan”ın 3 dəfə Çempionlar Liqasında finala yüksəlməsini istərdim”.

Berluskoni sonda daha nə qədər “Milan”a rəhbərlik edəcəyi barədə suala belə cavab verib: “Görək, qarşıdakı 30 ildə nələr baş verəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31