6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

“Bəli, bundan sonra futbolçular mənə "Siz" deyə müraciət edəcəklər”

Ukrayna millisinin yeni məşqçisi Andrey Şevçenko təyinatından sonra ölkə mətbuatına qısa müsahibə verib.

- Ən əvvəl Fomenkoya minnətdaram ki, məni komandasında görmək istədi. 4 illik aradan sonra yenidən futbola qayıtmışam - bu dəfə məşqçi kimi. Çalışacam qarşıdakı fürsətləri layiqincə dəyərləndirim.

- Siz Lobanovskinin rəhbərliyi altında işləmisiz. Sonra məşqçi kurslarına getdiniz. Fərqi nədə görürsüz?

- Elə əhəmiyyətli bir fərq yoxdur. Lobanovski, Ançelotti, Mourinyo kimi məşqilərin rəhbərliyi ilə futbol oynamaq, şübhəsiz ki, böyük bir təcrübədir. Kursa getməyimsə məşqçilikdə öz üslubumu müəyyənləşdirməyə kömək etdi. 

- Məşqçi kimi konkret hansı istiqamət üzrə işləyəcəksiz, yoxsa...?

- Baş məşqçi hansı tapşırığı versə, o üzrə.

- Vaxtilə bir komandada oynadığınız oyunçuları artıq "Siz" deyə müraciət etməli olacaq?

- Komandamızda həm Avropa, həm dünya çempionatında, böyük turnirlərdə oynamış futbolçular var. Təcrübəli heyətdir və ən əsas amil odur ki, məşqçilər korpusu ilə komanda arasında münasibətlər yüksək səviyyədədir. Bəli, bundan sonra futbolçular mənə "Siz" deyə müraciət edəcəklər. Belə lazımdır.

- Özünüzü futbolçu kimi necə hiss edirdiniz, məşqçi kimi necə?..

- Mən hələ məşçi karyerama indi başlayıram. Ona görə hansısa təəssüratları bölüşməkçün müəyyən zaman keçməlidir. İndiki halda konkret nəsə demək çətindir.

Mənbə: futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31