6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Xarici futbol

Falkao: “Mançester Yunayted” dünyanın ən yaxşı 3 klubundan biridir”

Radamel Falkao Kolumbiya millisinin heyətində Braziliyaya qarşı keçirdikləri oyun barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli forvard həyəcanlı olduğunu gizlətməyib: “Meydana çıxarkən həyəcanlı idim. Millinin heyətində debüt etdiyim oyunda olduğu kimi. Hesab edirəm ki, “Mançester Yunayted”in heyətində ilk oyunuma çıxanda da eyni hissləri keçirəcəyəm”.

Falkao yeni klubu haqda da fikirlərini bölüşüb: “Fiziki cəhətdən tam hazıram. Meydanda mübarizə aparmağım üçün heç bir maneə yoxdur. Ümid edirəm ki, “Mançester Yunayted”in heyətində xeyli qol vuracağam. Bu, çıxış etdiyim klubdan asılı olmayaraq, daim gördüyüm işdir. “Mançester Yunayted” hər zaman mənə maraqlı olub. Çünki “Qırmızı şeytanlar” dünyanın ən yaxşı 3 klubundan biridir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31