5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ adlayıb.

Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31