5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirlər

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirlər.
 
Futbolxeber.az-ın Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bir çox yığma qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.
 
Qazaxıstan yığmasında 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu olan Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə məşq edirlər.
 
Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva “Kür”də yaradılan şəraitdən məmnun qaldığını deyib.
 
Qeyd edək ki, iqlim şəraitinə görə "Kür“ Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici ölkə təmsilçilərinin məşqləri Kürdə keçməsinə uyğun şərait yaradır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31