7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Digər idman növləri

Azərbaycanın Avropa çempionu: "Buradan da üzüağ çıxdım"

"Bildiyiniz kimi, yanvarda Xorvatiyada keçirilən yarışda qolumdan zədələnmişdim. Zədə o qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdi. Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım".

Futbolxeber.az saytının məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Murad Məmmədov (63 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, daha sonra bildirib: "Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, buradan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticəylə Avropa çempionatında medal kolleksiyamı tamamladım".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31