5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Olimpiya və Paralimpiya Oyunlarında iştirak edən idmançı və məşqçilərin mükafatlandırma qaydası dəyişib

Nazirlər Kabineti “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” qərarına dəyişiklik edib.

Futbolxeber.az saytının məlumatına görə, qərara əsasən, Olimpiya, Paraolimpiya və qeyri-olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları, birinciliklərində ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin təqdim olunmuş cədvələ müvafiq olaraq mükafatlandırılması barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul ediləcək.

İndiyə qədər Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin təqdim olunmuş cədvələ müvafiq olaraq mükafatlandırılması barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilirdi.

Qeyri-olimpiya proqramı üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması Gənclər və İdman Nazirliyinin daxili imkanları hesabına həyata keçirilirdi.

Qərara əsasən, “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar” yeni redaksiyada verilib, mükafatlar artırılıb.

Qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə keçirilən dünya çempionatında azı 20 ölkə komandası və hər fərdi proqramda azı 12 ölkənin idmançısı, Avropa çempionatında isə azı 16 ölkə komandası və hər fərdi proqramda azı 10 ölkənin idmançısı iştirak etməlidir.

Beynəlxalq kompleks yarışlarında: Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmadığı təqdirdə, mükafatlandırılma Olimpiya proqramına daxil olan idman növləri üzrə cədvəlin 2-ci hissəsinə, Tələbələrin Ümumdünya Universiadası və Dünya Oyunları yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması həmin cədvəlin 3-cü hissəsinə, Gənclərin Olimpiya Festivalı yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması isə həmin cədvəlin 4-cü hissəsinə uyğun olaraq həyata keçiriləcək.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31