5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib

Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışı təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilən qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli idmançılarla yanaşı, Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı mübarizə aparıb.

Yarışa gecə saat 03:00-da start verilib. Yekunda Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağa Əliyev 8:31.22 nəticə ilə ikinci yeri tutub. Artyom Əliyev isə finişə üçüncü gəlib.

Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek ikinci, Cəmilə İrəfiyeva isə üçüncü olub.

Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər. Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa atletikası ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib. İl ərzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atletika tədbirlərinin silsilə xarakter daşıdığını qeyd edən Cavid Qurbanov​ Azərbaycan atletikasının 100 illik tarixində şərəfli yol keçdiyini, qarşıda atletlərimizin yüksək nailiyyətlər əldə edəcəyinə inandığını vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31