5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Xarıbülbül”ün oyunu təxirə salınıb

Kişilərdən ibarət “Xarıbülbül” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.

Futbolxeber.az saytının məlumatına görə, müraciət bu gün Yüksək Liqada keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.

Sənəddə bildirilir ki, “Xarıbülbül” klubu Çelenc Kubokunun 1/16 final mərhələsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos" kollektivinə qarşı cavab matçına çıxacaq. Şuşa təmsilçisinin bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında “Xarı Bülbül"ə (Laçın) qarşı matçının təxirə salınması xahiş olunub.

AVF bu müraciəti nəzərə alaraq, noyabrın 23-nə planlaşdırılan “Xarıbülbül” (Şuşa) - “Xarıbülbül" (Laçın) görüşünün təxirə salınması ilə bağlı qərar qəbul edib.

Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, təxirə salınan “Xarıbülbül" (Şuşa) - “Xarıbülbül" (Laçın) matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31