6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə iki beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə iki beynəlxalq turnirdə iştirak edəcəklər.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.
 
Onlar ilk olaraq 29 sentyabr - 1 oktyabr tarixlərində Mersində təşkil olunacaq “Bioderma Pro Beach Tour” açıq çempionatında qüvvələrini sınayacaqlar. Həmin yarışda Azərbaycanı bir qadın (“Azərreyl”) və iki kişi komandası (“Murov AZ Terminal-1”, “Murov AZ Terminal-2”) təmsil edəcək.
 
Voleybolçuların növbəti sınağı Balıkesirdə olacaq. Komanda orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvəsini sınayacaq. Turnirdə qadınlardan “Azərreyl”, kişilərdən isə “Murov AZ Terminal” klubu mübarizə aparacaq.
 
Kubok oyunları oktyabrın 5-dən 8-dək davan edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31