5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Bakıda dünya çempionu olan atıcı: “Mənim üçün gözəl təcrübə oldu”

“Dünya çempionatı mənim üçün gözəl təcrübə oldu”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıda təşkil edilən mundialda kişilər arasında 50 metr məsafəyə tapançadan atəşaçma növündə qızıl medal qazanan çinli Yu Xie deyib.
 
Mükafatlandırma mərasimindən sonra təəsüratlarını bölüşən idmançı ilk dünya çempionluğunu əldə etdiyini vurğulayıb: “Çox həyəcanlı gün oldu. Bir sıra çətinliklər yaşadım. İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram. Buna görə çox sevinirəm. Amma turnirin son günləri olduğu üçün yorğunluq hiss edilir. Eyni zamanda, komanda şəklində də qızıl medal qazandıq. Yarışdan əvvəl öz aramızdakı söhbətdə bir-birimizə deyirdik ki, qətiyyətli olmalıyıq. Bunun nəticəsi kimi qalib gəldik”.
 
Qeyd edək ki, Yu Xie 558 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31