2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Dünya çempionatında iştirak edəcək güləşçilərimiz müəyyənləşdi

Avqustun 14-dən 20-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə olacaq. Ruslan Abdullayev (57 kq), Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq),Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Ali Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq),Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi dünya çempionatında təmsil edəcək.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Turnirdə Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq) və Əsmər Cankurtaran (55 kq) yerinə .qüvvəsini sınayacaq

Çempionata yunan-Roma güləşçilərinin çıxışıyla yekun vurulacaq. Yarışda Azərbaycanın 9 güləşçi xalçaya çıxacaq. Fərid Sadıxlı (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) Ammanda mübarizə aparacaq.

Dünya çempionatında beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31