2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Voleybol millimiz üç yoxlama oyunu keçirib

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi üç yoxlama görüşündə qüvvəsini sınayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda bu oyunların heç birində məğlub olmayıb.
 
Əvvəlcə Kamerunla heç-heçə (2:2) edən qadın voleybolçular yerli komanda ilə iki dəfə üz-üzə gəliblər. Azərbaycan millisi müvafiq olaraq 3:1 və 3:2 hesablı qələbə qazanıb. Yığmamız hazırlıq çərçivəsində son sınağında Macarıstan önünə çıxacaq. Komanda Avropa çempionatının qrup mərhələsinin oyunları üçün avqustun 15-də Almaniyanın Düsseldorf şəhərinə gedəcək.
 
Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31