5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Dünya Kuboku: Teymur Rəcəbov növbəti mərhələdə, Şəhriyar Məmmədyarovdan erkən vida

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə,  Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva adını III mərhələyə yazdırıb.
 
İlk görüşdə heç-heçə edən Teymur Rəcəbov macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan qrossmeyster rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5:0,5 hesablı qələbə qazanan Rəcəbov növbəti mərhələyə adlayıb.
 
Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək hüququna yiyələnib. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5:0,5 hesablı qələbə qazanıb.
 
Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur) - Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyasında qeydə alınıb. Ağ fiqurlarla inamlı oyun sərgiləyən rəqib şahmatçı cavab matçında Məmmədyarovu üstələyib. 1,5:0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıbsa, Məmmədyarov yarışla erkən vidalaşıb.
 
Vüqar Əsədli FİDE təmsilçisi Yan Nepomnyaşi ilə görüşdə heç-heçəyə razılaşıb. İlk partiyada qələbə qazanan Nepomnyaşi III mərhələyə adlayıb.
 
Misrəddin İskəndərov Hindistan şahmatçısı Domaracu Qukeşə hər iki partiyada uduzmaqla yarışdan kənarda qalıb.
 
Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq, Parham Maqsudlu (İran) və Jül Mussara (Fransa) qarşı görüşlərdə iki partiyanın ümumi nəticəsində məğlubiyyət acısı yaşayıblar.
 
Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova Dünya Kubokunun 1/32 finalında mübarizəni dayandırıblar.
 
Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31